Dünyanın məşhur “Richest” iqtisadi portalı 2050-ci ilin ən varlı 15 ölkəsinin adını açıqlayıb.
İlk 15-likdə qonşu dövlətlərdən Rusiya və qardaş Türkiyə Cumhuriyyətinin də adı var.
“Richest” müəyyən hüquqi, demokratik kriteriyaları nəzərə alaraq həmin ölkələrin 2050-ci il üçün gəlirlərini də hesablayıb.
Maraqlısı budur ki, uzaq Şərq ölkələri olan Hindistan və Çin sürətlə irəliləyərək 2050-ci ildə dünyanın ən varlı ölkələri olacaq. Hindistan ABŞ-dan geri qalaraq üçünü yerdə qərarlaşsa da, Çin dünya nəhəngini də keçərək liderliyi ələ keçirəcək.
Həmin siyahını təqdim edirik:
1.Çin, gəliri- 25,33 trilyon dollar
2. ABŞ , gəliri – 22, 27 trilyon dollar
3. Hindistan, – 8,17 trilyon dollar
4 .Yaponiya – 6, 43 trilyon dollar
5. Almaniya – 3,71, trilyon dollar
6 . İngiltərə – 3,58 trilyon dollar
7. Braziliya – 2, 96 trilyon dollar
8. Meksika – 2, 81 trilyon dollar
9. Fransa – 2,75 trilyon dollar
0 . Kanada – 2,29 trilyon dollar
11. İtaliya- 2,19 trilyon dollar
12. Türkiyə – 2,15 trilyon dollar
13. Cənubi Koreya – 2,06 trilyon dollar
14. İspaniya – 1,95 trilyon dollar
15. Rusiya – 1, 87 trilyon dollar(modern).
www.yenicag.az