22 məmur axtarışdadır

media-hightechnic-468x90

скачанные файлы (2)Yenicag modern.az-a istinadən bildirir ki, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin hakimiyyəti zamanı müxtəlif vəzifələrdə çalışan 22 məmur barəsində axtarış elan olunub.

Bu haqda bu gün Donbasda keçirilən xüsusi əməliyyat bölgəsinə gələn Ukraynanın baş prokuroru Vitali Yarema məlumat verib. Onun sözlərinə görə, vəzifəli şəxslər – Yanukoviç və onun havadarları insanlıq əleyhinə cinayət törədiblər və onlar Rusiya Federasiyası ərazisində olduqları üçün saxlanılmaları hələ ki mümkün deyil: “Bu səbəbdən onlar barəsində qiyabi hökm çıxarılıb ki, bu vasitə ilə büdcədən oğurlanan, Azarov-Yanukoviç hakimiyyətinin vəzifəli şəxslərinin hesablarındakı həmin pullar Ukraynaya qaytarılsın”.

Baş prokuror qeyd edib ki, təkcə Ukrayna banklarında keçmiş məmurların 2 milyard dollardan çox pulları var. Bundan əlavə, 1,5 milyard dollara yaxın, İsveçrə frankı və avro kimi xaricdə saxlanılır. Yarema onu da xəbər verib ki, qondarma Donetsk və Luqansk respublikalarının ərazilərində işlərində qalan Ukrayna prokurorluğunun 38 əməkdaşına qarşı da cinayət işi qaldırılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600