Suriyadakı Əsəd zülmü bitmir. Yenicag.az xəbər verir ki, internetə yüklənən daha bir video bu zülmü ortaya qoyur. Belə ki, həmin videoda Əsəd əsgərləri tərəfindən əsir alınan qadın və kişi insanlığa sığmayan işgəncələrə məruz qalır.
Ər-arvad olduqları güman edilən insanları zəncirlə döyən komandir onlardan heyvan səsləri çıxarmağı tələb edir.
Həyat yoldaşının gözləri önündə işgəncələrə məruz qalan adam çarəsizlik içində çırpınır. Ancaq nə özünə, nə də həyat yoldaşına bunun bir faydası olmur.
https://www.youtube.com/watch?v=57nKCmBtyMA
www.yenicag.az