!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“26 il əvvələ qayıtmağın faydası yoxdur” – Bakının keçmiş prokuroru

!Reklam – Yazi

“26 il əvvəl baş vermiş hadisələrin təkrar-təkrar müzakirəyə çıxarılması faydasızdır”.

Çingiz Qənizadə

Bu fikirləri Yenicag.az-a açıqlamasında müxalifət təmsilçilərinin 1993-cü il 4 iyun hadisələrini zaman-zaman gündəmə gətirmələrinə münasibət bildirən Bakı şəhərinin sabiq prokuroru, millət vəkili Çingiz Qənizadə deyib.

Millət vəkilinin sözlərinə görə, bu məsələ ətrafında müzakirələr aparmağın ziyandan başqa faydası yoxdur:

“Məlum 4 iyun hadisələrindən artıq dörddə bir əsr keçib. 26 il əvvəl baş vermiş olayların müzakirəsi gərginliyi artırmaqdan özgə heç nəyə yaramır.

Hər kəs öz mövqeyini mütləq həqiqət kimi təqdim etməyə çalışdığı üçün bu polemikaların müsbət nəticəsi yoxdur və olmayacaq.

Bunu həmin müzakirələri yenidən başlayanlar da nəzərə almalıdırlar ki, keçmişə qayıtmaqla, niyəsə dəyişmək və nəyəsə nail olmaq mümkün deyil. Ona görə də, yaxşısı, bu müzakirələrə son qoymaqdır”.

A.Zeynalov

www.yenicag.az

1921
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv