“28 Cinema”dan xeyriyyə aksiyası
Sentyabrın 8-dən etibarən Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema”da xeyriyyə aksiyasına start verilib.
SalamNews-un məlumatına görə, kinoteatr qarşıdan gələn yeni tədris ili ilə əlaqədar olaraq “Dostuna kömək et” layihəsi keçirir.
Xeyriyyə layihəsi çərçivəsində artıq hər kəs ehtiyacı olan uşaqlara yardım edə biləcək. Bunun üçün artıq lazım olmayan məktəb ləvazimatlarını “28 Cinema” gətirmək və bununla da ehtiyacı olan uşaqlara kömək etmək olar.
Qeyd edək ki, “28 Cinema” Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində ehtiyacı olan uşaqlara müxtəlif dəstək və xeyriyyə layihələri keçirir.
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir. (salamnews.az)