3 yaşlı uşaqdan 4 min illik tapıntı: Peyin böcəyi amuleti - FOTO
İsrailin Tel Azekah bölgəsində üç yaşlı Ziv Nitzan torpaq cığırda oynayarkən qədim peyin böcəyi formasında daş parçası tapıb.
Yenicag.az xəbər verir ki, azyaşlının ailəsi daşdakı fərqliliyi hiss edərək İsrail Qədim Əsərlər İdarəsinə məlumat verib.
İdarənin araşdırması sözügedən amuletin 3800 illik olduğunu üzə çıxarıb.
Tunc dövrünə aid amuletin Kənanlılar tərəfindən düzəldildiyi güman edilir.