300 il əvvəl batmış gəmidən milyonluq xəzinə tapıldı
ABŞ-də dənizçilər 300 il əvvəl batmış gəminin göyərtəsində bir milyon dollar dəyərində xəzinə tapıblar.
Yenicag.az xəbər verir ki, Florida sahillərində xilasetmə əməliyyatları zamanı kapitan Levin Şaversin ekipajı üç əsrdən artıqdır ki, dənizin dibində qalmış 1000-dən çox qızıl və gümüş sikkə çıxarıb. Tapıntının ümumi dəyəri təxminən bir milyon dollar qiymətləndirilir.
Sikkələr Yeni Dünyadan İspaniyaya xəzinə daşıyan 11 gəmilik İspan donanmasının yükünün bir hissəsi olub. 1715-ci ilin iyulunda konvoy güclü qasırğaya düşü və Floridanın şərq sahillərində batıb. Təxminən 400 milyon dollar dəyərində tonlarla xəzinə – qızıl, gümüş və zərgərlik – dibinə gedib. Faciə yüzlərlə insanın həyatına son qoyub və dövrünün ən böyük dəniz fəlakətlərindən biri kimi tarixə düşüb.
Tapıntıya təxminən 1000 gümüş real, beş nadir qızıl eskudo və digər artefaktlar daxildir. Sikkələr İspaniyanın Meksika, Peru və Boliviya koloniyalarında zərb edilib.
İndi sikkələr konservasiyaya göndərilib, bundan sonra Floridadakı muzeylərdə nümayiş etdiriləcək./Qaynarinfo/