4 uşağı yedi
Hindistanda manyak Surinder Kolinin məhkəmə prosesi başa çatmaqdadır.
Dehli yaxınlığındakı Qoyda şəhərində malikanələrdən birində xidmətçi işləyən S.Koli ən azı 19 gənc qızı və qadını şaqallayaraq öldürüb.
O, qurbanlarının çoxunu öldürməzdən əvvəl vəhşicəsinə zorlayıb.
S.Koli məhkəmədə ifadə verərkən 6-12 yaşlarında 4 uşağa da təcavüz edəndən sonra onları şaqqalayaraq bişirdiyini və yediyini etiraf edib.
15 uşaq və 4 gənc qız hələ 8 il əvvəl Noydada itkin düşmüşdülər. 2006-cı ilin dekabrında polis şaqqalanmış cəsəd qalıqlarını malikanələrdən birinin bağında aşkarlamışdı.
Malikənin sahibi, iş adamı Mahinder Sinqh Pander və onun xidmətçisi Surinder Koli həbs olunmuşdular.
“Bağdan gələn dəhşətli iydən şikayətlən qonşuların müraciətindən sonra orada axtarış apardıq. 40 paketdə 13 skelet qalıqları vardı”, – Hindistanın Mərkəzi Təhqiqat Bürosunun əməkdaşı deyib.
Paketlərdə yalnız quru kəllələr, əl və ayaq sümükləri vardı.
Polis öldürülən uşaqlarla gənclərin əzalarının yerli cadugərlərə satıldığını da istisna etmir.
Koli bildirib ki, uşaqları konfet və şokoladla şirnikləndirərək evə aparıb, orada isə zavallılara təcavüz edərək öldürüb.
42 yaşlı Surinder Koli sentyabrın 12-də Meerut şəhərindəki həbsxanada edam ediləcək. Onu Pavan adlı cəllad asacaq.
Pavanın ata və babası da cəllad olub.
“Atam 12 adamı asıb, babam isə baş nazir İndira Qandini öldürmüh Satvant və Kehar Sinqhləri edam edib”, – Pavan deyib.