!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rövnəq Abdullayevdən Enver Özerene qadağa

!Reklam – Yazi

“Çağ Öyrətim”in qəbul imtahanlarının BTM adından keçirilməsinin pərdəarxası

 Xəbər verdiyimiz kimi, Ərdoğanın hədəfində olan Gülən məktəbləri Azərbaycanda da adlarını dəyişdirərək, fəaliyyətlərini davam etditmə qərarı alıblar. Bu səbəbdən də, ötən il SOCAR-la bağlanan müqaviləni əsas gətirən, Çağ Öyrətim İşlətmələri bu il liseylərə qəbul elanı verməyib.

Əvəzində isə Rövnəq Abdullayevin xeyir-duası ilə yaradılan Beynəlxalq Təhsil Mərkəzi liseylərə qəbul imtahanlarını elan edib. Maraqlıdır ki, Çağ Öyrətimin rəsmi saytında imtahanlarla bağlı hər hansı xəbər də yoxdur. Sanki BTM-in əsas ortaqlarından biri bu şirkət deyil.

Beynəlxalq Təhsil Mərkəzinin saytında diqqət çəkən məqamlardan biri saytın rəhbərlik bölümündə yalnız Ümumtəhsil Müəssisələri Baş İdarəsinin rəisi Məsud Kurnazın adının olmasıdır.

İctimaiyyətə Enver Özeren qədər tanış olmayan bu şəxs Çağ Öyrətim İşlətmələrində Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi vəzifəsində çalışırdı. Eyni vəzifəsinə Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İB-də davam edən Məsud Kurnaz ismini önə verməklə, əslində E.Özerenin “unutdurulması”na çalışmaqdır.

Azerinfo.org-a daxil olan məlumatda o da bildirilir ki, Enver Özerenin geri plana çəkilməsi Rövnəq Abdullayevin istəyi ilə olub. O, Özerenin mümkün qədər üzə çıxmamasının faydalı olacağını bildirib.

COP29

www.yenicag.az

1506
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv