6 aylıq nəvəsini bıçaqladı

media-hightechnic-468x90

img1795962Fransada 53 yaşındakı bir qadın 6 aylıq nəvəsini bıçaqlayaraq öldürüb.

media-banner_tkm

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, nəvəsinə baxmağı üzərinə götürən nənə körpəyə 12 bıçaq zərbəsi vurub.

Parisin qərbindəki Tours şəhərində meydana gələn hadisə insanları şoka salıb. Dəhşətli qətl hadisəsi uşağın atasının axşam işdən evə gəlməsindən sonra ortaya çıxıb.

Şəhər prokurorluğundan bildirilib ki, ata tərəfindən təcili yardıma çağırış edilib. Ancaq ilkin yardım gələnə kimi 6 aylıq körpə dünyasını dəyişib. Polisin ələ keçirdiyi nənə cinayəti etiraf edib.

Hadisədən sonra cinayəti törətmiş yaşlı qadın ruhi əsəb dispanserinə yerləşdirilib. Səhhətindəki problemlərlə bağlı hələlik ifadəsi alınmayan nənənin cinayəti hansı səbəbə törətdiyi bilinmir.

Qeyd edək ki, hadisə ilə əlaqədar istintaq davam edir. 6 aylıq körpənin üzərində tibbi ekspertiza aparılacaq və cinayətin baş vermə səbəbləri araşdırılacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05