6 milyard dollarlıq SUAL: İrəvan Moskvanın təzyiqlərinə tab gətirə BİLƏCƏK?

media-hightechnic-468x90

Son günlər Sankt-Peterburqda keçirilən forum zamanı Rusiya növbəti dəfə Ermənistan hakimiyyətinə sərt mesaj göndərib.

Yenicag.az xəbər verir ki, bu barədə “Past” nəşri məlumat yayıb.

Qəzet yazır ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçukun sözlərinə görə, artıq bu ilin sonuna qədər Ermənistan və Rusiya 6 milyard dollara qədər ticarət dövriyyəsini itirə bilər. Səbəb kimi Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasının Rusiya istiqamətində mal dövriyyəsinə birbaşa zərbə vurması göstərilib. Overçuk açıq mətnlə həmçinin eyham vurub ki, Ermənistanın dərinləşən Avrointeqrasiyası rus təyyarələri üçün Ermənistan hava məkanının bağlanmasına da gətirib çıxara bilər.

Bir gün əvvəl isə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bəyan edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacağı təqdirdə bir sıra əsas üstünlüklərini itirəcək. Bunlara malların və xidmətlərin azad dövriyyəsi, gömrük güzəştləri, rəqabət imkanları, əmək və texniki tənzimləmələr, sanitariya və fitosanitar standartlar daxildir.

Əslində bu cür bəyanatlar təsadüfi deyil. Bir neçə gün öncə Ermənistan Baş naziri Nikol Paşinyan özü də etiraf etmişdi ki, gec-tez Ermənistan Aİİ ilə Aİ arasında seçim etməlidir. Buna baxmayaraq, bu qədər açıq xəbərdarlıqlara rəğmən nə hakimiyyət, nə də onun Qərbyönlü dəstəkçiləri hələ də Ermənistanın Avropa İttifaqına inteqrasiyasının hansı iqtisadi hesablamalara əsaslandığını izah etməyiblər.

Bütün bunlar nə deməkdir? Faktiki olaraq, Rusiya yalnız siyasi deyil, iqtisadi və praktiki müstəvidə də münasibətlərini sərtləşdirməyə başlayıb. Böyük ehtimalla, Ermənistanın Avropaya meyilləri dərinləşdikcə, bu kursun nəticələri Ermənistan üçün bir o qədər ağır və ağrılı olacaq.

Rafi Müslümov

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600