60 yaşlı kişi dərmandan zəhərlənib öldü

media-hightechnic-468x90

Gəncədə dərman zəhərlənməsindən ölüm hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Məhərrəmli Məzahir Hökmalı oğlu xəstəliyi ilə bağlı dərman qəbul edib. Bir müddətdən sonra M.Məhərrəmlinin vəziyyəti daha da ağırlaşıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yərləşdirilən xəstəyə ilkin tibbi yardım göstərilsə də, xeyiri olmayıb. M.Məhərrəmlinin həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, M.Məhərrəmli xəstəliyi ilə əlaqədar qəbul etdiyi dərman preparatını həkim təyinatı olmadan içib və zəhərlənmədən ölüb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa