62 cinayətin üstü açıldı – 128 həbs

media-hightechnic-468x90

Daxili İşlər Nazirliyi (DİN) martın 27-dən 29-dək ölkədə qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

media-banner_tuq

DİN-in mətbuat xidmətindən Yenicag.az-a bildiriblər ki, respublikanın daxili işlər orqanları istirahət günləri ərzində törədilmiş 54 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 27 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 92 nəfər saxlanılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05