64 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub

media-hightechnic-468x90

2025-ci ildə vətəndaşsızlıq vəziyyətində olan 64 şəxs Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub.

media-banner_tuq

Yenicag.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Qeyd edilib ki, onlardan 21-i vətəndaşlığı olmayan, 43-ü isə vətəndaşlığı naməlum şəxsdir.

Həmçinin qeyd edilib ki, Azərbaycan Respublikasında yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılması məqsədilə Xidmətin təlim-tədris mərkəzi tərəfindən Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, miqrasiya qanunvericiliyinin öyrənilməsi üçün təşkil edilmiş kurslara hesabat dövründə 2015 şəxsin müraciəti qeydə alınıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05