Qeyri-adi səyahət ehtirası ixtiyar adamı avantüraya bərabər eksperimentə vadar edib.
Yenicag.az BBC-yə istinadən xəbər verir ki, 71 yaşlı Fransa vətəndaşı Jan-Jak Savin Atlantik okeanını keçmək üçün xüsusi çəllək hazırlatdırıb.
Məlumata görə, xüsusi materialla üzlənmiş fanerdən hazırlanan çəlləyin içində çarpayı, əlüzyuyan, plitə, ərzaq və ləvazimat saxlancı var.
Savin artıq Atlantik okeanının Avropa sahillərində yerləşən Kanar adalarından “çəllək kruizi”nə başlayıb və 3 ay müddətində qarşı sahilə yetişməyi planlaşdırır.
Çəlləkdə saatda 2-3 kilometr sürətlə hərəkət edən Savin jurnalistlərlə müntəzəm telefon əlaqəsi saxlayır. O, səyahətin qaydasında davam etdiyini bildirib.
www.yenicag.az