Market rəflərindəki gizli təhlükə: "Hər gün yediyiniz bu qidalar infarkt riskini artırır"

media-hightechnic-468x90

Son illərdə sürətli şəhər ritmi insanların qidalanma vərdişlərində köklü dəyişikliklərə səbəb olub. Vaxta qənaət etmək məqsədilə getdikcə daha çox hazır və paketlənmiş məhsullara üstünlük verilir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu “rahatlıq” uzunmüddətli perspektivdə sağlamlıq üçün ciddi fəsadlar yarada bilər.

media-banner_tkm

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən qida eksperti Asim Vəliyev bildirib ki, kənd həyatından şəhər mühitinə keçid hazır qidalara tələbatı artırsa da, bu məhsulların tərkibi və emal üsulu ciddi narahatlıq doğurur:

“Market rəflərində gördüyümüz rəngarəng qablaşdırmalar bizə vaxt qazandıra bilər, lakin bu məhsulların orqanizmimiz üçün nə dərəcədə faydalı olduğuna diqqət yetirməliyik. Paketlənmiş qidaların ən böyük problemi onların yüksək dərəcədə işlənməsidir. Saxlanma müddətini uzatmaq üçün tətbiq edilən yüksək temperaturlu emal prosesi qidanın tərkibindəki vitamin və mineralları demək olar ki, məhv edir. Nəticədə biz enerji alsaq da, bədən üçün həyati vacib maddələrdən məhrum qalırıq”.

Ekspert qeyd edib ki, bu növ məhsullarda istifadə olunan kimyəvi qatqılar sağlamlıq üçün birbaşa təhdid mənbəyidir:

“Dad və görünüşü cəlbedici etmək üçün əlavə olunan süni rəngləndiricilər, dadlandırıcılar və digər qatqılar xəstəlik riskini artırır. Bu qidaların mütəmadi istehlakı piylənmə, şəkərli diabet və ürək-damar xəstəliklərinə zəmin yaradır. Xüsusilə ‘gizli şəkər’ və həddindən artıq duz miqdarı təzyiq problemlərinə, maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır. Trans yağlar isə damar sağlamlığının ən böyük düşmənidir və infarkt riskini kəskin şəkildə yüksəldir”.

Asim Vəliyev istehlakçılara seçim edərkən son dərəcə ehtiyatlı olmağı tövsiyə edir:

“Məhsul alarkən etiketdəki tərkib hissələrinə mütləq baxmaq lazımdır. Əgər siyahıda çoxsaylı və mürəkkəb kimyəvi adlar qeyd olunubsa, həmin məhsuldan uzaq durmaq məsləhətdir. Tərkibində şəkər, duz və doymuş yağlar ilk sıralarda yer alan məhsullara üstünlük verilməməlidir. Eyni zamanda, qablaşdırmanın fiziki vəziyyəti də mühüm amildir; əzilmiş, şişmiş və ya havası çıxmış paketlər mikrobioloji baxımdan təhlükəli ola bilər”.

Qida təhlükəsizliyi məsələsinə toxunan ekspert vurğulayıb ki, beynəlxalq standartların tətbiqi hələ məhsulun sağlam olması demək deyil:

“Qida sənayesində HACCP və ISO kimi sistemlər qidanın təhlükəsizliyini, yəni tərkibində zərərli kənar maddələrin olmamasını təmin edir. Lakin bu, həmin qidanın faydalı olması anlamına gəlmir. Məsələn, hər hansı bir çips texniki baxımdan təhlükəsiz istehsal oluna bilər, lakin bu, onun sağlam qida olduğu faktını dəyişmir”.

Samir Məcid

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05