Mənzurə Musayeva biznesi ilə bağlı iddialara son qoydu: "Cəmi 50 kvadratlıq yerdir"
Müğənni Mənzurə Musayeva şəxsi biznesi ilə bağlı yayılan iddialara aydınlıq gətirib.
Yenicag.az xəbər verir ki, sənətçi qonaq olduğu proqramda aparıcı Aytəkin Mərdanovanın “Deyilənə görə, gözəllik salonlarınız var” sualını cavablandırıb.
Müğənni geniş biznes şəbəkəsinə sahib olması ilə bağlı xəbərləri təkzib edərək bunları deyib:
“Salonlarım yoxdur. Sadəcə, bacım uşaqları üçün kiçik bir obyekt almışam. Cəmi 50 kvadratmetrlik bir yerdir. O salonun açılışı da pandemiya dövrünə təsadüf etmişdi. Hazırda uşaqlar orada çalışıb öz çörəkpullarını çıxarırlar”.
Nehru













