İspaniyada siqaret çəkənləri 600 min avro cərimə gözləyir

media-hightechnic-468x90

İspaniya hökuməti çimərliklərdə, restoran teraslarında və universitet kampuslarında siqaret, eləcə də elektron siqaret istifadəsini qadağan edən yeni qanun layihəsini parlamentə təqdim edib.

media-banner_tuq

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, layihəyə əsasən, səhiyyə, təhsil və dövlət müəssisələrinin 15 metrlik ətrafında siqaret çəkmək qadağan olunur, 18 yaşdan kiçiklərə isə istifadə tamamilə yasaqlanır.

Ölkənin Səhiyyə naziri Monika Qarsiya Qomes tütün istifadəsi səbəbindən İspaniyada hər il 50 min nəfərin öldüyünü və məqsədin “tütünsüz nəsil” yetişdirmək olduğunu bildirib.

Qaydaları pozanları yüngül hallarda 100-600 avro, xüsusilə ağır hallarda isə 600 min avroyadək cərimə gözləyir. İspaniya Mehmanxanaçılar Federasiyası isə bu qadağanın turizmə mənfi təsir edəcəyini iddia edərək layihəyə qarşı çıxıb.

Ayşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05