8 Noyabr prospektində təmir işləri nə vaxt yekunlaşacaq? - VİDEO

media-hightechnic-468x90

Əsaslı təmirə bağlanan 8 Noyabr prospektində işlər davam etdirilir.

Yenicag.az-ın məlumatına görə, yol hələ bir neçə gün də nəqliyyatın hərəkətinə bağlı olacaq.

Belə ki, Xəqani Rüstəmov küçəsi ilə kəsişən hissədən 8 N oyabr prospektinə giriş tam bağlı olduğundan sürücülər alternativ yol kimi Babək və H.Əliyev prospektindən istifadə edirlər.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, 8 Noyabr prospekti uzun müddət əsaslı təmir edilmədən istismar olunduğundan yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı.

Qeyd edək ki, prospekt boyunca ümumilikdə 10 km-ə yaxın velosiped yollarının salınması da nəzərdə tutulur.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600