8 yaşlı qızını ərə verdi

media-hightechnic-468x90

ikisi-de-daha-cocuk--4730377 (1)YENİCAG.AZ xəbər verir ki, Əfqanıstanın şimalında yerləşən Balh şəhərindəki bir kənddə 8 yaşındakı qız uşağı 12 yaşındakı oğlan uşağıyla evləndirilib.

Belə hadisələrin sıx yaşandığı Əfqanıstanda Mina adlı balaca  qızcığaz  ilə Sərdar adlı 12 yaşlı oğlan uşağı evləndirilib. Atası tərəfindən təxminən 2000 dollar başlıq pulu qarşılığında başqa bir ailəyə gəlin olaraq verilən Mina, hələ səkkiz yaşındadır və evliliyin nə olduğunu qavrayacaq bir yaşda deyil. Minanın atası Mömin verdiyi qərarın doğru olduğunu və çarəsiz olduqları üçün belə bir yola müraciət etdiklərini dilə gətirib. Mömin açıqlamasında, “Kəndin irəli gələnlərinə ailəmin maddi vəziyyətini izah etdim və maddi imkansızlıqlar səbəbiylə qızıma baxa bilməyəcəyimi vurğuladım. Onlar da Minanın ərə verməyimdə heç bir narahatçılıq olmadığını dedilər. Ayrıca alacağam başlıq pulu ilə az da olsa kasıblıqdan xilas ola bilərsən deyə mənə öyüd-nəsihət verdilər “deyib.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600