Türkiyənin Maliyyə Cinayətlərini Araşdırma Qurumu (MASAK) Gülən Şəbəkəsinin əsas para qaynaqlarından olan “Himmət”lə bağlı şok bilgiləri ortaya çıxarıb. “Himmət” transferi ilə bağlı MASAK-ın hesabatında bildirilir ki, son dövrdə Gülənin yaşadığı ABŞ və sığınmağı planlaşdırdığı Kanadaya ofis işçilərinin hesabından tam olaraq 4 milyon 330 min lirə (1 milyon 685 min ABŞ dollar) transfer edilib.
Paralel Şəbəkənin 2010-cu il test suallarını Tələbə Qəbulu Üzrə Dövlət Qurumundan (ÖSYM-Ölçme, Seçme ve Yerleştirme Merkezi) qeyri-qanuni olaraq əldə edərək, Turgut Özal Düşüncə və Həmlə Dərnəyi üzərindən hücrə evlərinə ötürməsini araşdıran MASAK ciddi faktlar əldə etdi.
Hesabatda Türkiyədəki Paralel Şəbəkəyə bağlı 120 özəl məktəb və hazırlıq kursunda çalışan 1435 nəfərin KPSS (Test suallarının oğurlanması) ilə bağlı cinayət işində adı keçən şübhəlilər olduqları müəyyən edilib. Bu şəxslər üzərindən xaricdəki “Gülənist şirkətlər”, “Fətullahçı məktəblər” kimi tanınan 20-ə yaxın quruma böyük məbləğdə pul göndərildiyi təsbit olundu.
Məsələn, Turgut Özal Düşüncə və Həmlə Dərnəyində minimum əmək haqqı (846 lirə-330 dollar) alan Berat K.-nın hesabında 3 il içərisində 330 min lirə (128 min 370 dollar), Mehmet İ.-nin isə 4 milyon lirə (1 milyon 556 min dollar) şübhəli transfer müəyyən edilib. Həmin pulların “Himmət” pulları olduğu və daha 1900 şəxslə telefon və maliyyə bağlantıları olduğu istintaq tərəfindən sübuta yetirilib.
Yenicag.az bildirir ki, Ərdoğanla savaşdan sonra Türkiyədə “Himmət” paraları azaldığından hazırda Gülən Camaatının ən böyük “himmət” dəstəyi Azərbaycandakı şirkətlərindən gəlməkdədir. Azərbaycandakı gülənist türk və Azərbaycan şirkətləri həm “Bank Asya”nın ayaqda qalmasına ən böyük dəstəyi veriblər. Həm də Gülənin xüsusilə Türkiyənin Cənub Şərqindəki məktəb və hazırlıq mərkəzlərinin maaşlarının verilməsində mühüm rol oynayıblar. Bu məsələdə Gülənin Azərbaycan imamı Ənvər Özərən və Mesut Kurnazın mühüm rolu olub.
Eyni zamanda MASAK-ın Azərbaycandan ötürülən “himmət” paralarını da araşdırdığı bildirilir. Xüsusilə, “Halal” şirkət olduğunu önə sürənlərin Camaata nə qədər dəstək verdikləri araşdırılmaqdadır.
Qeyd edək ki, “himmət” məsələsi həm də iş adamlarına qarşı xərac və şantajın başqa bir adıdır. Belə ki, Gülən camaatının güclü olduğu Azərbaycan kimi yerlərdə onlara “himmət” parası verməyənlər müxtəlif iftiralarla çökdürülüblər. Gülənin imamları onlara tabe olmayanı müflisləşdirməklə qalmayıb, çox vaxt deport edilmələrinə və ya yerli vətəndaşdırlarsa, həbs edilmələrinə qədər həmin iş adamlarına ciddi cəzalar verilməsinə nail olublar.
www.yenicag.az