!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abel Məhərrəmov: “Pul versəydin, sən də qiymət alardın”

!Reklam – Yazi

610x380xabel.jpg.pagespeed.ic.IaLU67i97iÖlkə.az Milli Məclisin “əsrarəngiz deputatları”nı seçiciləri ilə tanış etməyə davam edir.

Abel Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində doğulub. Atası Məmmədəli Məhərrəmov riyaziyyatçı olub. Oğlu anadan olanda adını Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə Abel qoyub.

Artıq iki müddətdir dalbadal Milli Məclisə deputat seçilən Abel müəllimin başı o qədər qarışıqdır ki, o seçildiyi Yasamal rayonu ərazisindəki seçiciləri ilə demək olar ki, heç görüşməyib. Rayon İH-nin müəyyən tədbirləri zamanı ekranlarda görünən Abel Məhərrəmov rayon sakinlərinin bir dənə də olsun problemini Milli Məclisdə qaldırmayıb. Rayon ərazisindəki passivliyini BDU-dakı fəaliyyəti ilə əlaqələndirən Abel müəllimin buradakı fəaliyyəti də ideal deyil.

Abel müəllimi ölkə və deputat olduğu rayonun ictimaiyyətinə isə tanıdan 2014-ci ilin fevral ayında baş vermiş bir hadisə oldu. Bu hadisə Abel Məhərrəmovu ölkə mediasının ulduzuna çevirdi. Hətta əksər seçiciləri onun üzünü ilk dəfə olaraq həmin hadisədən sonra qəzet və saytlarda gördüklərini etiraf ediblər. Sual olunur, əgər Abel müəllim rektordursa və deputat vəzifəsini buna görə icra edə bilmirsə, onda millət vəkili yerini yalandan niyə tutur? Yox, əgər deputatdırsa, onda rektor vəzifəsindən imtina edib, gedib Milli Məclisdə aktiv fəaliyyət göstərsin və seçicilərinin etimadını doğrultsun.

Həmin ilin fevral ayının 21-də BDU-nun rektoru Abel Məhərrəmov kəsir imtahanlarının pullu olmasına etiraz edən gəncləri qəbul edib.

Tədbir zamanı tarix fakültəsinin 4-cü kurs tələbəsi Ramilə Kiçiyeva ona söz demək üçün imkan verilməsini təkidlə tələb etdikdən sonra nəhayət mikrofonu ona veriblər.

O, üzünü rektora tutaraq deyib:

– “Özüm şəhid övladıyam, atasız böyüyən bir insanam. Bu günə kimi heç kimə rüşvət verməmişəm. 17 yanvarda Rusiyanın Qafqaz tarixi fənnindən imtahan vermişəm. Nəticələrim yaxşı olsa da müəllim məndən 70 manat istəyib. Mənə deyib ki, “mənə pul verməsən, səni imtahandan kəsəcəm”. 25 nəfərin 12 nəfəri imtahandan kəsilib. Nəyə görə? Cavablar göz qabağındadır. Nə vaxta qədər bu rüşvətxorluq olacaq?! Nə vaxta qədər?!”

Bu sualdan qəzəblənən Abel Məhərrəmov:

– “Sən pul versəydin, qiymət alardın! Pul verməmisən. Məntiqlə danış!” – deyə reaksiya verib.

Tələbə: -“Axı, mən niyə pul verməliyəm?! Mən gecə-gündüz oxumuşam. Niyə mən kiməsə pul verməliyəm?!” – deyə rektora sual verib.

Rektor: -“Səni elə qovaram ki, burada izin qalmaz!” – deyə kobudcasına cavab verib.

Xatırladırıq ki, möhtərəm rektor-deputatın 10 illik deputatlığı ərzində onunla bağlı ən yaddaqalan hadisə məhz elə bu hadisə olub.

www.yenicag.az

1032
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv