Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun işdən uzaqlaşdırılacağına dair xəbərlər zamanla mətbuatda yayılmaqdadır. YENİCAG.AZ-a daxil olan məlumatda bildirilir ki, BDU rektoru üçün bu sessiyanın sonu gözlənilir. Belə ki, yay imtahanları bitdikdən sonra Abel Məhərrəmovla bağlı sərəncam veriləcək.
Məlumatda deyilir ki, təhsil naziri Mikayıl Cabbarov ən böyük təhsil müəssisəsinin başına öz adamını gətirəcək. Lakin Abel Məhərrəmovun BDU-nin inkişafında xidmətləri də unudulmayacaq.
Belə ki, BDU rektoru sabiq təhsil naziri ilə eyni qədəri yaşayacaq. Abel Məhərrəmovun Akad.Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna direktor gətiriləcəyi bildirilir. Onun vəzifəsiz qalmaması isə Prezidentin sırf şəxsi təşəbbüsüdür.
Bütün bunların gələcək ayın ortalarına qədər reallaşacağı vurğulanmaqdadır.
Qeyd edək ki, A.Məhərrəmov AMEA-nın həqiqi üzvüdür.
www.yenicag.az