!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ 60 günlük atəşkəs hazırlayır – Bəs tərəflər nə deyir?

!Reklam – Yazi

 

ABŞ vasitəçiləri Livan “Hizbullah”ı ilə İsrail arasında gərginliyi azaltmaq üçün 60 günlük atəşkəs təklifi üzərində işləyirlər.

Yenicag.az xəbər verir ki, “Reuters”ə danışan anonim rəsmilər atəşkəsin qəbul ediləcəyi təqdirdə tərəflərin ABŞ-ın vasitəçiliyi ilə iki ay müddətində danışıqlar aparacağını bildiriblər.

Livanlı yüksək rütbəli diplomat deyib ki, danışıqlar zamanı Birləşmiş Millətlər Təşkilatının 1701 saylı qətnamə təklifinin tam icrasının müzakirə ediləcəyi gözlənilir. 2006-cı ildə İsrailin işğalından sonra Livan və İsrail tərəfindən qəbul edilən BMT-nin 1701 saylı qətnamə təklifi İsrailin Livandan tamamilə çıxarılmasını və “Hizbullah”ın tərksilahını ehtiva edir.

ABŞ rəsmilərinin atəşkəs təklifini tərəflərə təqdim etdiyi dövrdə İsrail ordusu Livanın Baalbek şəhərinin boşaldılması əmrini verib. On minlərlə livanlı şəhərdəki evlərini tərk etmək məcburiyyətində qalıb.

İsrail evakuasiya əmrində qeyd olunan əraziləri, rayonları və şəhərləri bombalayır. İsrailin “həssas” olaraq xarakterizə etdiyi bombardmanlar nəticəsində bir çox binanın dağıldığına dair görüntülər sosial mediada dəfələrlə paylaşılıb. Görüntülərdən bəzilərini İsrail ordusu yayıb.

İsrail ordusu bu gün bildirib ki, son bir ayda Livandakı əməliyyatlarda 80 əsgər ölüb. Ordu oktyabrı “Qara oktyabr” kimi təsvir edir. Bu yaxınlarda İsrail ordusunun sözçüsü Livandakı bütün hərbi məqsədlərin uğurla başa çatdığını bəyan edərək, “diplomatiyanın növbəsi” olduğunu deyib.

60 günlük atəşkəs razılaşması üzərində işləyən ABŞ prezidentinin xüsusi nümayəndəsi Amos Hoçsestin BMT-nin 1701 saylı qətnamə təklifinin hələ də vacib olduğunu, lakin daha yaxşı həyata keçirilməsi üçün daha təsirli mexanizmlərə ehtiyac olduğunu vurğulayıb.

xüsusi nümayəndəsi Amos Hoçsestin deyib ki, atəşkəs mümkündür, lakin danışıqların nəticəsiz qalması da çox mümkündür. “Atəşkəs əldə etmək üçün ciddi səylər var, lakin buna nail olmaq hələ də çətindir”, – ABŞ diplomatı bildirib.

Başqa bir anonim mənbə bildirib ki, İsrail 1701 saylı qətnamənin “həyata keçirilməsini təmin etmək” üçün Livanın cənubuna hava zərbələri endirmək hüququ istəyir. İsrailin 12 Kanalı İsrailə sülhü qorumaq üçün “birbaşa müdaxilə” hüququ verən bir razılaşma əldə etmək istədiyini bildirib.

Livan rəsmiləri atəşkəs təklifi ilə bağlı ölkəyə rəsmi məlumat verilmədiyini və buna görə də şərh verməyəcəyini bildiriblər.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

138
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv