!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ABŞ-a heç bir güzəşt edilməyəcək” - İran nüvə razılaşmasından imtina edir?

!Reklam – Yazi

“Avropa ilə danışıqlar heç bir problem yaratmır. Lakin hökumətin Avropa ilə nüvə müqaviləsi və ya iqtisadiyyatın qorunması məsələlərində uğur əldə etmək mümkün olmayacaq”.

Yenicag.az xəbər verir ki, bunu ölkə prezidenti Həsən Ruhani rəhbərliyində Nazirlər Kabinetinin üzvlərini qəbul edən İranın dini lideri Ayətullah Xameneyi bildirib. O, ABŞ-ın birtərəfli nüvə razılığından imtina etməsindən sonra Avropa ölkələri ilə aparılan nüvə danışıqlarına toxunub.

Xameneyi İranın nüvə razılığından imtina etməsi ehtimalını da xatırladıb: “Nüvə barədə razılaşma bir nəticə deyil, bir vasitədir. Əgər biz istədiyimiz nəticəni əldə edə bilməsək, milli maraqlarımızı qorumaq üçün nüvə anlaşmasından imtina edəcəyik”.

Eyni zamanda o, ABŞ hakimiyyəti ilə mövcud soyuq münasibətləri aradan qaldırmaq üçün İran tərəfinin hər hansı bir addım atılmayacağını diqqətə çatdırıb.

Ölkədəki iqtisadi problemlərə toxunan İran dini lideri çətinlikləri aradan qaldırmaq üçün hökumət rəsmilərinin lazım olarsa gecə-gündüz işləməli olduğunu vurğulayıb.

www.yenicag.az

931
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv