ABŞ-da marketdə atışma: 10 nəfər öldürüldü

ABŞ-ın Texas ştatında atışma hadisəsi baş verib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, hadisə El Paso şəhərində “Walmart” ticarət mərkəzində qeydə alınıb.

İnsident zamanı  10 nəfər öldürülüb, daha 30 nəfərin yaralandığı bildirilir.

Şəhərin təhlükəsizlik qüvvələri polisi cinayətkarlardan birinin saxlanıldığı barədə məlumat yayıb.

Digər cinayətkarların axtarışı davam etdirilir.