ABŞ-dan Davudoğlu açıqlaması
ABŞ Dövlət Departamentinin sözcüsü Mariya Harf “Növbəti baş nazirlə işi səbirsizliklə gözləyirik” dedi
ABŞ Dövlət Departamentinin sözcüsü Marya Harf, xarici işlər naziri Əhməd Davudoğlunun Türkiyənin Ədalət və İnkişaf Partiyasınım sədrliyinə namizəd olması ilə əlaqədar “Türkiyədəki növbəti baş nazirlə işi səbirsizliklə gözlədiklərini” deyir.
Harf gündəlik mətbuat konfransında Davudoğlunun Ədalət Partiyasının sədrliyinə namizəd göstərilməsiylə əlaqədar şərhində “Bunun bir namizədlik olduğunu anlayıram. İndi işləməsi lazım olan bir müddət var. (Türkiyədə) Növbəti baş nazir kim olursa olsun onunla birlikdə işləməyi səbirsizliklə gözləyirik” dedi.
Bir başqa sual cavab olaraq Harf ABŞ-ın dövlət katibi Con Kerrinin Davudoğlu ilə çox yaxın əlaqəda olduğunu, bu həftə də onunla xüsusilə Qəzza mövzusunda və digər mövzularda bir neçə dəfə görüşdüyünü diqqətə çatdırıb.