!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-dan Türkiyəyə ZƏRBƏ - "Barış Pınarı"na görə sanksiya tətbiqi

!Reklam – Yazi

ABŞ Nümayəndələr Palatası  Türkiyəyə bəzi sanksiyalar tətbiqini nəzərdə tutan qanun layihəsini səs çoxluğu ilə qəbul edib.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Barış pınarı” əməliyyatı və S-400-lərin alınması ilə bağlı qətnamə bu gün qəbul edilib.

Belə ki, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komissiyasının sədri Eliot Engel və Respublika Nümayəndələr üzvü Mayk Makkol, “Barış Pınarı” əməliyyatı ilə əlaqədar bəzi Türkiyə səlahiyyətlilərinə qarşı sanksiyaları nəzərdə tutan bir aylıq qanun layihəsi təqdim edib. Həmçinin qanunda Türkiyəyə silah satışının təxirə salınması və bəzi maliyyə sanksiyalar da nəzərdə tutulur.

Qeyd edilib ki, qanunun qüvvəyə minməsi üçün senatda qəbul olunmalı və daha sonra Prezident Donald Tramp tərəfindən təsdiqlənməlidir. Bununla birlikdə, Nümayəndələr Palatasında üçdə iki səs çoxluğu ilə qəbul edilən qanun, Senatdan eyni səs faizi alacağı təqdirdə Trump-ın qarşısına keçmədən birbaşa qüvvəyə minəcəkdir.

Türkiyə Xarici İşlər Nazirliyi qanun layihəsini kəskin tənqid edib: “”Barış pınarı” əməliyyatına görə, sanksiyaların tətbiqini qətiyyətlə pisləyirik və bu NATO, eləcə də ABŞ-la Türkiyə arasındakı Suriya razılaşmasına zidddir”.

Qeyd edək ki, Nümayəndələr Palatası qondarma erməni soyqırımını rəsmən tanıyıb.

 

 

COP29

www.yenicag.az

4034
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv