ABŞ Ədliyyə Nazirliyi 7 oktyabr 2023-cü ildə HƏMAS-ın 6 liderinə qarşı 7 müxtəlif ittihamla ittiham aktı hazırladığını açıqlayıb.
Yenicag.az xəbər verir ki, nazirliyin açıqlamasına görə, ABŞ-nin 7 oktyabrdan sonra hazırladığı ilk iddianamədə hücumlara görə HƏMAS liderləri məsuliyyət daşıyıb. İttihamnamədə HƏMAS Siyasi Bürosunun keçmiş rəhbəri olmuş və İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində həyatını itirən İsmayıl Haniyə, HƏMAS Siyasi Bürosunun yeni rəhbəri Xalid Məşəl Yəhya Sinvar, HƏMAS-ın xaricdəki başçısı və Qəssam Briqadalarının komandiri Məhəmməd əl-Məsri (Məhəmməd Deif), Mervan İsa və Əli Barakə “terrorçuluq” da daxil olmaqla 7 müxtəlif ittihamla ittiham olunub.
İddianamədə 7 oktyabr hücumlarının necə baş verdiyi ilə bağlı təfərrüatlı iddialar yer aldığı halda, sözügedən adların iddia edilən cinayətlərlə necə əlaqəsi olduğuna dair ifadələr də yer alıb.
Məsələ ilə bağlı Amerika mediasına qiymət verən, adı açıqlanmayan Ədliyyə Nazirliyinin rəsmisi, iddianamənin mahiyyətcə 1 fevral 2024-cü ildə hazır olduğunu, lakin müttəhimlərdən birinin tutulması ərəfəsində bu günə qədər möhürlü qaldığını bildirib.
Rəsmi, İsmayıl Haniyənin qətli və bölgədə baş verən digər hadisələr nəticəsində iddianamənin möhürlü qalmasına ehtiyac olmadığını qiymətləndirib.
HƏMAS lideri Haniyə iyulun 31-də Tehranda öldürülüb.
www.yenicag.az