!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ imperializminin İÇ ÜZÜ: “Bunu macəraçılar, cinayətkarlar və fahişələr yaradıb”

!Reklam – Yazi

“Amerika qitəsində hansı dövlət ABŞ-nin diktəsi ilə razılaşmırsa, başlayırlar ona qarşı addımlar atmağa”.

Bu sözləri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Kanada, Qrenlandiya və Panama kanalı ilə bağlı səsləndirdiyi fikirləri Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

Onun sözlərinə görə, hazırda dünyada kapitalizm böhran həddindədir:

“Baş verənlər təkcə şəxsiyyətlərlə əlaqəli deyil. Şəxsiyyət həm də hansısa meylin, istəyin təzahürüdür. Bolşevik partiyası kiçik bir partiya idi və rus cəmiyyəti elə bir dərin böhranın içərisində idi ki, böhrandan çıxmaq üçün marginal fikirlər irəli sürən, bolşeviklər qabağa düşə bildi. İndi də beynəlxalq münasibətlər sistemi dərin böhran içindədir. Tramp kimi səviyyəsiz, çılğın biri dönüb olub görkəmli siyasətçi. Amerika cəmiyyətini macəraçılar, cinayətkarlar, fahişələr yaradıb. Hazırkı siyasətçilər də, o vaxt yerli camaatı qıran, aldadan, məhv edən müstəmləkəçilərin nəslindəndir. Ona görə də ABŞ həmişə gücə, zorbalığa böyük önəm verib. Fransanı, Meksikanı məğlub edib Nyu-Meksika, Kaliforniya, Texası, ruslardan isə Alyaskanı aldılar. ABŞ-yə nə isə lazımdırsa və o istədikləri başqa bir dövlətə mənsubdursa, onu həmin dövlətin əlindən alırlar”.

Z. Əlizadə əlavə edib ki, Danimarka kiçik olsa da, çox zəngin dövlətdir:

“Dünyanın ən demokratik dövlətlərindən biridir, NATO-nun, Avropa İttifaqının üzvüdür. Qrenlandiya adasında ABŞ-nin hərbi bazası var. Buna baxmayaraq, Tramp deyir ki, Qrenlandiya ABŞ-nin olmalıdır. Panama ilə Çin gözəl münasibətlər qurub. Panama kanalını ABŞ necə tikib; bunu tarixdən hamı bilir. Amerika qitəsində hansı dövlət ABŞ-nin diktəsi ilə razılaşmır, başlayırlar ona qarşı addımlar atmağa. Kanada böyük dövlətdir. Deyirlər ki, Kanada ABŞ-nin 51-ci ştatı olmalıdır. Tramp kanadalılardan soruşub ki, onlar ABŞ-nin ştatı olmaq istəyir, ya yox?”

“Putin Ukraynanı işğal edir, ABŞ Panamanı, Qrenlandiyanı, Kanadanı tutmaq istəyir. Belə çıxır ki, Azərbaycan da sabah istəsə hücum edib Ermənistandakı qədim Azərbaycan torpaqlarını götürə bilər. Dünyada ağır bir böhran var. Bunun əsas səbəbi isə kapitalizmin iqtisadi, siyasi sistem kimi tükənməsidir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

www.yenicag.az

107
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv