!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ İsrailə Qəzza ilə bağlı təzyiqləri artırdı – Yardımlar kəsilə bilər

!Reklam – Yazi

ABŞ İsraildən Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılması üçün addımlar atmasını tələb edir. Əks halda, ölkəyə hərbi yardım azala bilər.

Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, ABŞ-nin dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin İsrail hökumətinə göndərdikləri məktubda oxşar addımların atılmasını istəyiblər. Sənəddə qeyd olunub ki, onlar İsrail tərəfinin hərəkətsizliyinin humanitar vəziyyətin pisləşməsinə səbəb olmasından narahatdırlar.

Ağ Evin Milli Təhlükəsizlik üzrə nümayəndəsi Con Kirbi qeyd edib ki, Amerika tərəfinin mesajı ultimatum deyil, regionda humanitar yardımın artırılmasının vacibliyini vurğulamağa yönəlib.

Rafi Müslümov

COP29

www.yenicag.az

144
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv