ABŞ-nin aqressiv İran ritorikasına Türkiyədən reaksiya: "Bu, sülhə xidmət etmir"

media-hightechnic-468x90

“Qısamüddətli siyasi və iqtisadi maraqlar naminə bütöv bir regionu qarşıdurma meydanına çevirmək sülhə xidmət etmir”.

media-banner_tkm

Bunu Yenicag.az-a açıqlamasında türkiyəli siyasi şərhçi Fatih Fuat Tuncer deyib.

O, ABŞ senatoru Lindsey Qrahamın İranla bağlı səsləndirdiyi “ya təslimiyyət, ya da məhv edilmə” bəyanatını şərh edib.

Siyasi şərhçi bildirib ki, bu cür açıqlamalar beynəlxalq diplomatiyanın yerini tamamilə təzyiq və təhdidin aldığı, hüququn deyil, kobud gücün hökm sürdüyü təhlükəli bir dövrdən xəbər verir:

“Qrahamın ‘kapitulyasiya və ya məhv edilmə’ kimi ifadələri müasir beynəlxalq hüquq normalarının və dövlətlərin suverenlik haqlarının ABŞ üçün artıq əvvəlki əhəmiyyətini itirdiyini göstərir. Uzlaşma əvəzinə tam təslimiyyət tələb edən bu yanaşma dünyanı diplomatiyanın zəiflədiyi, ‘güclü olan haqlıdır’ prinsipinin ön plana çıxdığı bir nizama sürükləyir. Liviya modelinin həll yolu kimi təqdim edilməsi isə məqsədin sülh deyil, bir rejimi tam müdafiəsiz qoyaraq ortadan qaldırmaq olduğunu açıq şəkildə ortaya qoyur.

ABŞ-nin bu aqressiv mövqeyi Yaxın Şərqi nəzarətdən çıxan bir gərginlik zonasına çevirir. Hörmüz boğazından Ərbilə, Səudiyyə Ərəbistanından Tehrana qədər uzanan bu gərginlik təkcə hərbi toqquşma riski deyil, eyni zamanda mülki itkilər, iqtisadi dağıntı və qlobal enerji böhranı ehtimalını da artırır. Qısamüddətli siyasi və iqtisadi maraqlar naminə bütöv bir regionu qarşıdurma meydanına çevirmək sülhə xidmət etmir, əksinə, zorakılıq spiralını daha da dərinləşdirir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05