ABŞ-nin müharibəyə İsrailin təkidi ilə girdiyi İDDİALARI: Maraqlar üst-üstə düşür, yoxsa siyasi təzyiq var?

media-hightechnic-468x90

İranla müharibə digərlərindən fərqlidir. Bazar ertəsi gününə olan məlumata görə, Mərkəzi Komandanlıq (CENTCOM) ABŞ-nin İran daxilində 7000-dən çox hədəfi vurduğunu bildirir. İsrail tərəfi isə, təxminən 7600 zərbə endirib. Bu, İkinci Dünya Müharibəsindən bəri Vaşinqtonun müharibə yükünü paylaşa biləcəyi bərabərhüquqlu bir tərəfdaşa sahib olduğu ilk hadisə ola bilər.

Yenicag.az xəbər verir ki, bu barədə “The New York Times” nəşrinin təhlil məqaləsində deyilir.

Qeyd olunub ki, bu, ABŞ-nin İranla müharibəsinin, əslində, “İsrail üçün müharibə” olduğu iddiasını nəzərdən keçirmək üçün yaxşı başlanğıc nöqtəsidir:

“Keçmiş administrasiyalar, əslində, başqa ölkələr üçün müharibəyə giriblər. 1990-cı illərin əvvəllərində biz Küveyti azad etmək və Səudiyyə Ərəbistanını İraqdan qorumaq naminə Fars körfəzində müharibəyə getdik. Onilliyin sonunda isə Avropa öz qonşuluğunda asayişi təmin etməkdə rüsvayçı şəkildə aciz qaldıqdan sonra Balkanlarda müharibəyə başladıq. Hər iki halda Amerika prezidentləri milli maraqlara xidmət etdiklərinə inanırdılar. Lakin müttəfiqlərimizin hərbi çarəsizliyi müdaxilə qərarında əsas amil idi”.

ABŞ-nin İsrail üçün müharibəyə girməsi ittihamının yeni olmadığı bildirilən məqalədə vurğulanıb ki, İraq müharibəsinin əleyhdarları da Buş administrasiyasının, əsasən, İsrailin istəklərini yerinə yetirdiyi barədə hekayələr uydururdular. Çərşənbə axşamı isə Milli Kəşfiyyat direktoru Tulsi Qabbardın baş müşaviri Co Kent “İsrailin və onun güclü Amerika lobbisinin təzyiqi ilə” başladığını iddia etdiyi müharibəyə görə istefa verdiyini elan etdi.

“Bu ittihamlar faktlarla hər zaman ziddiyyət təşkil edib. İsrail İraq raketləri tərəfindən vurulmasına baxmayaraq, ABŞ-nin ağır təzyiqi altında Körfəz müharibəsindən kənarda qaldı. İraqa gəldikdə isə ozamankı İsrailin Baş naziri Ariel Şaron jurnalist Nadav Eyala demişdi ki, Corc Buş “səhv müharibə”ni aparır. Şaron inanırdı ki, o vaxtlar “terrorla müharibə” adlandırılan mübarizədə İran daha təhlükəli düşməndir”, – nəşr qeyd edib.

Bİldirilib ki, indi həmin ittiham Donald Trampa qarşı yönəldilir, halbuki o, İran rejiminə zərbə endirmək istəyini ilk dəfə 1980-ci ildə, Tehrandakı ABŞ səfirliyində girov böhranı zamanı ifadə edib və onilliklər boyu bu fikrini təkrarlayıb:

“Trampın müharibə qərarının müdrikliyi və ya zamanlaması barədə nə düşünülürsə-düşünülsün, bu, açıq-aydın onun qərarı idi, bu qərar üçün onun nə Netanyahunun, nə də “The Times”ın yazdığına görə, Trampı “İranlılara güclü zərbələr endirməyə davam etməyə” çağıran Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın təşviqinə ehtiyacı var idi. Həqiqət budur ki, Birləşmiş Ştatlar müharibəni İsrail üçün deyil, İsrail ilə birlikdə aparır”.

 

O da vurğulanıb ki, İsrailin Trampın müharibəyə qoşulmaq barədə cəsarətli qərarından böyük fayda gördüyü həqiqətdir. ABŞ və İsrailin maraqlarının, hədəflərinin və taktikalarının tam üst-üstə düşmədiyi və bəzən ziddiyyət təşkil etdiyi də doğrudur. Müttəfiqlər müharibəyə girdikdə bu həmişə belə olur. Lakin əsas məqam budur ki, 10 milyon əhalisi olan İsrail hər iki ölkənin seçilmiş rəhbərliyinin öz milli maraqlarına uyğun olduğuna inandığı müharibədə 342 milyon əhalisi olan Amerika ilə bərabərhüquqlu tərəfdaş kimi davranır.

“Laricaninin öldürülməsi Hörmüz boğazını bağlamağa çalışmaq kimi çarəsiz gedişlərdən başqa, İranın mənalı şəkildə döyüşmək qabiliyyətini ardıcıl olaraq sıradan çıxaran bu müharibənin üzərinə çökmüş qəribə bədbinliyi dağıtmağa kömək edə bilər. Bu da çox çəkməyəcək, çünki Birləşmiş Ştatlar hərbi planlaşdırıcılar arasında “eskalasiya üstünlüyü” kimi tanınan vəziyyətə nail olub. Nə yaxşı ki, bu müharibədə ABŞ-nin buna nail olmaq üçün ilk dəfə cəsarətli və bacarıqlı bir müttəfiqi var idi”, – məqalə bu fikirlə yekunlaşdırılıb.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05