!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin USAID təşkilatı rəhbərinin müavini Azərbaycana gəlir

!Reklam – Yazi

ABŞ-nin USAID təşkilatı rəhbərinin Avropa və Avrasiya Bürosu üzrə müavini səfir Erin MakKi bu gün Azərbaycana səfərə gəlir.

Yenicag.az xəbər verir ki. bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Diplomatik nümayəndəlikdən qeyd olunub ki, E.MakKi Bakıda keçirəcəyi görüşlərdə ABŞ və Azərbaycan arasında 30 illik güclü tərəfdaşlığı bir daha vurğulayacaq.

Diplomatın səfər gündəliyinə ABŞ-Azərbaycan münasibətləri və USAID-in Azərbaycan hökuməti ilə tərəfdaşlığını müzakirə etmək üçün kənd təsərrüfatı nazirinin müavini ilə görüş, Bakı Limanının Baş direktoru ilə nəqliyyat marşrutları və əlaqədar məsələlərlə bağlı müzakirələr daxildir. O, iqtisadiyyatda qadınlar üçün imkanların genişləndirilməsi ilə bağlı qadın liderlər və sahibkarlarla görüşəcək.

E.MakKi münaqişə nəticəsində həlak olanların xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını da ziyarət edəcək.

Səfir E.MakKi görüşlərində ABŞ-nin Azərbaycanın müstəqilliyinə və Cənubi Qafqazda davamlı sülhə dəstəyini vurğulayacaq, həmçinin Azərbaycan biznesləri və xarici ticarət tərəfdaşları arasında özəl sektorun əlaqəsini artırmaq, qadınların iqtisadi tərəqqisində irəliləyişləri təşviq etmək üçün USAID-in davamlı öhdəliklərini və regional ticarətdə və ərzaq qeyri-təhlükəsizliyin təsirinin azaldılmasında Azərbaycanın rolunun əhəmiyyətini vurğulayacaq.

Onu USAID təşkilatı rəhbərinin Avropa və Avrasiya Bürosu üzrə müavininin köməkçisi Dr. Aleksandr Sokolovski müşaiyət edəcək.

www.yenicag.az

368
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv