Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“ABŞ regional proseslərlə bağlı Türkiyənin narahatlığını anlamağa başlayıb” – Politoloq

Reklam: High Technic

“Türkiyə Krım və Kerç boğazı məsələlərində Rusiyanın deyil, ABŞ-ın müttəfiqi kimi davranır”.

Bu fikirlərin Yenicag.az-a açıqlamasında ABŞ-ın Türkiyəyə yönəlik müəyyən reveranslarının Ankaranın Moskva ilə münasibətlərinə mümkün təsirini şərh edən politoloq Aydın Quliyev deyib.

Aydın Quliyevin fikrincə, Türkiyə ilə ABŞ-ın mövqelərinin yaxınlaşmasının doğuracağı nəticələrlə bağlı narahatlığa əsas yoxdur:

“Müasir beynəlxalq münasibətlərdə dövlətlərin atdıqları addımlar o qədər dəyişkən və qeyri-sabit olub ki, münasibətlərin sabahı barəsində qəti proqnoz vermək çox çətindir. Amma bir məqamı nəzərə almaq lazımdır ki, bu gün dövlətlərarası münasibətlər həqiqətən, dəyişkən olsa da, bu fərqlilik əsasən, konkret hadisələrə yanaşmada özünü göstərir.

Məsələn, bir tərəfdən Türkiyə ilə Rusiya Suriya məsələsində müttəfiq kimi görünürlər və o ölkədə birlikdə addımlar atırlar. Digər tərəfdən, Suriyadakı müəyyən məsələlərə münasibətdə, orada keçirilən əməliyyatlarda Türkiyə ilə ABŞ arasında ciddi fikir ayrılığı, hətta münaqişə var.

Lakin Krım problemi və Kerç boğazı ətrafında yaranmış hərbi vəziyyətlə bağlı Türkiyənin mövqeyi Rusiyanın deyil, ABŞ-ın mövqeyi ilə üst-üstə düşür və Ankara o məsələdə özünü NATO-nun üzvü, Amerikanın müttəfiqi kimi aparır, belə də davam edəcək.

Bu isə o deməkdir ki, Türkiyə ilə Rusiyanın hər hansı məsələ ətrafında yaxınlığı Ankaranın digər dövlətlərlə münasibətlərinə təsir göstərmir. Nəzərə alaq ki, artıq ABŞ-ın özü də Suriyadakı proseslərə müəyyən qədər Türkiyənin maraqları baxımından yanaşmağa başlayıb.

ABŞ artıq Türkiyənin cənub sərhədləri boyunca yaratmaq istədiyi “kürd dəhlizi”nin Türkiyənin təhlükəsizliyinə təhdid yaratdığını başa düşür və bunu qəbul edir. Ona görə də, ABŞ Türkiyənin Suriyada müəyyən hərbi əməliyyatlar aparmaq sərbəstliyini tanıyır. Yəqin bu çərçivədə ABŞ qoşunlarının Suriyadan çıxarılmasının, eyni zamanda, Türkiyəyə “Patriot” raketlərinin və F-35 təyyarələrinin verilməsinin də şahidi ola bilərik.

Lakin düşünmürəm ki, bütün bu məsələlər Türkiyənin Rusiya ilə münasibətlərinə təsir göstərsin. Hər halda Rusiya da dərk edir ki, onun Türkiyə ilə münasibətləri müəyyən məsələlər ətrafında üst-üstə düşür. Başqa regional problemlərə münasibətdə isə Ankara ilə Moskva öz yanaşmalarını uyğun şərtlər əsasında tənzimləyəcəklər. Ona görə də, Türkiyə ilə ABŞ-ın yaxınlaşmasının doğuracağı nəticələrlə bağlı narahatlığa əsas yoxdur”.

A.Zeynalov

www.yenicag.az

1372
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100