!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ABŞ sanksiyalarının Azərbaycanı da “vurmasını” arzulamırıq” – Rusiyalı ekspert

!Reklam – Yazi

“Azərbaycan postsovet məkanında Rusiyanın prinsipial tərəfdaşıdır”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində ABŞ-ın Rusiya əleyhinə tətbiq etdiyi sanksiyaların Azərbaycana mümkün təsirini dəyərləndirən rusiyalı politoloq Vyaçeslav Yarin deyib.

Vyaçeslav Yarinin sözlərinə görə, hansısa ölkənin sanksiyalara məruz qalması həmin dövlətin inkişafına stimul yaradır:

“Sizin də müşahidə etdiyiniz kimi, Rusiya öz tərəfdaşlarına münasibətdə şəffaflığı hər zaman gözləyir. Rusiya hakimiyyəti ölkə iqtisadiyyatında baş verən dəyişiklikləri heç vaxt məxfi saxlamır.

Ona görə də Rusiya iqtisadiyyatının real vəziyyətini gizlədən heç bir sirr yoxdur. Siz Rusiya iqtisadiyyatının durumu, inflyasiyanın səviyyəsi, Ümumi Daxili Məhsulun həcmi ilə bağlı məlumatları öyrənə bilirsiz. O baxımdan, mən Rusiya iqtisadiyyatı üçün fəlakət və ifrat nikbinlik ifadə edən mövqe bildirməkdən yayınıram.

Amerikanın öz ambisiyalarından irəli gələn qlobal maliyyə sabitliyini pozmaq cəhdləri dünyanın aparıcı liderləri tərəfindən də etiraf olunur. Biz də başa düşməliyik ki, ABŞ gözəl günlərin birində bu sanksiyaları ləğv etməyəcək və başqa ölkələrin, xüsusilə də Rusiyanın xeyrinə qərar verməyəcək. ABŞ-ın o sanksiyaları doğuran məqsədləri dəyişməz qalıb.

Əgər hansısa ölkə ABŞ sanksiyalarının ona zərər verməyəcəyini düşünürsə və buna inanırsa, bununla özünü aldatmış olur. Bu axmaqlığın zərəri hamıya toxunacaq. Biz ABŞ sanksiyalarının Azərbaycanı da “vurmasını” arzulamırıq. Lakin belə bir vəziyyət yaranarsa, o zaman Rusiya öz tərəfdaşına yardım göstərəcək. Hesab edirəm ki, hazırda Azərbaycan və Rusiya öz münasibətlərinin növbəti yüksək səviyyəsinə yetişiblər”.

www.yenicag.az

2786
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv