!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ABŞ Suriya müharibəsini uduzub” – Kiril Molçanov

!Reklam – Yazi

“Hazırda ABŞ-ın Suriyada əldə edə biləcəyi ən böyük nəticə müharibənin qaynar mərhələsinin tam başa çatmasını müəyyən müddətə qədər ləngitmək ola bilər”.

Kiril Molçanov
Kiril Molçanov

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Rusiya ilə ABŞ-ın Aralıq dənizində başladıqları irimiqyaslı hərbi təlimləri şərh edən Ukraynalı ekspert Kiril Molçanov deyib.

Kiril Molçanov hesab edir ki, Suriyada 7 il davam edən müharibənin əsas hissəsi artıq başa çatıb:
“Suriyada müharibənin miqyasının yenidən böyümək ehtimalı artıq çox aşağıdır. Çünki Bəşər Əsədin hökumət qüvvələri İdlib bölgəsi istisna olmaqla, ölkənin qalan əraziləri üzərində nəzarəti bərpa edib.

Bəli, ola bilər ki, ABŞ və müttəfiqləri İdlib əməliyyatına mane olmaq üçün bölgəyə raket zərbələri endirsinlər. Ancaq artıq Qərb dövlətləri də Əsədin devrilməsinə cəhd göstərmirlər”.

Molçanovun sözlərinə görə, Suriya müharibəsi yekun fazaya daxil olub:
“Hazırda ABŞ-ın əldə edə biləcəyi ən böyük nəticə müharibənin qaynar mərhələsinin tam başa çatmasını müəyyən müddətə qədər ləngitmək ola bilər. Rusiya, Türkiyə və İran koalisiyasının möhkəmləndiyi, İsrailinsə neytrallığı fonunda Əsədin devrilməsi artıq mümkün deyil. Qərb bununla barışmalı olacaq”.

Qeyd edək ki, Rusiya 30 hərbi təyyarə və 25 hərbi gəminin içtirakı ilə Aralıq dənizində irimiqyaslı təlimlərə başlayıb. Eyni zamanda, hazırda ABŞ da Misirlə birlikdə Aralıq dənizində hərbi təlimlərə start verib. ABŞ bu təlimlərə qanadlı raketlərlə təchiz olunmuş “Newport News (SSN-750)” sualtı qayığını da cəlb edib.

www.yenicag.az

1529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv