Adınıza kredit götürürlər, bank necə məsuliyyət daşımır?

media-hightechnic-468x90

Ötən günlər bank kartlarından kütləvi talamalar və bankların məsuliyyəti ilə bağlı yazıdan sonra daxil olan müraciətlər sektorda problemlərin daha ciddi olduğunu göstərir. Bir çoxları onların adından kredit götürüldüyünü bildirilər. Araşdırdıqda isə ağlasığmaz bir vəziyyətlə rastlaşırıq.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzbildirib.

Onun sözlərinə görə, Azərbaycanda son zamanlar bütün banklar onlayn kredit xidməti təklif edirlər:

“Bu proses sürətlə yayılıb. Müxtəlif kiber fırıldaqlarla başqasının adından onlayn kredit götürmək halları da artıb. Kredit alan şəxs adından əməliyyat aparıldığını günlərlə sonra öyrənir. Bank isə sadəcə “siz təsdiqləmisiniz” deyib məsuliyyəti üzərindən atır.

Adi bir araşdırma ilə müşahidə etmək olur ki, bankların onlayn kredit prosesində ciddi risklər var. Qısa araşdırma ilə müəyyən etdim ki, yalnız bir neçə bank dövlətə məxsus SİMA biometrik imza sistemi ilə identifikasiya etməklə kredit verir. Əksəriyyət isə adi qaydada, ən yaxşı halda isə video zənglə identifikasiya edib dərhal onlayn formada kredit ayırır.

Hətta elə nəhəng banklar var ki, güman ki, xarici mütəxəssislərin iştirakı ilə özlərinin daxili biometrik sistemlərini yaradıblar və bununla vətəndaşları identifikasiya edirlər. Amma qanunvericilikdə nəzərdə tutulduğu qaydada lisenziyalar əldə etməyiblər. Maraqlıdır ki, Mərkəzi Bank da bu tip hallara qarşı ciddi tədbirlər görməyib.

Əlbəttə, Mərkəzi Bankın mövcud qaydalarına görə banklar video-zəng xidmətlərindən istifadə edib identifikasiya apara bilərlər. Amma bu tip yanaşmalar artıq öz əhəmiyyətini itirib. Qonşu ölkələrin də təcrübəsinə baxanda görsənir ki, daha çox təkmil biometrik identifikasiyaya üstünlük verilir”.

Ekspert qeyd edib ki, Azərbaycanda da qanunvericilik təkmilləşdrlməlidir:

“Biometrik identifikasiya onlayn kredit üçün məcburi olmalıdır – başqa seçim verilməli deyil banklara. Bu, mütləq şəkildə qanunvericilikdə, Mərkəzi Bankın qaydalarında öz əksini tapmalıdır. Həm də yalnız lisenziyası olan biometrik imzalama vasitələrinə icazə verilməlidir.

Daha bir məqam isə rəqəmsal savadlılığı yetərli olmayan, əlində bir neçə bankı kartı olan vətəndaşlarla bağlıdır. Əlbəttə, ümumilikdə onlayn kredit xidmətlərini tam məhdudlaşdırmaq, bankların rəqəmsal xidmətlərini çətinləşdirmək doğru olmazdı və bu, rəqəmsal transformasiyanı da ləngidə bilər. Amma düşünürəm ki, bütün banklar öz mobil tətbiqlərində vətəndaşlara seçim imkanlarını genişləndirməldir, məsələn, vətəndaşlara ümumiyyətlə kredit məsələsinə STOP qoymaq imkanı verməlidir.

Hazırda bu sektorda yaranmış situasiya diktə edir ki, Mərkəzi Bank banklara qarşı yeni yanaşma sərgiləsin! Yəni banklar kartları talanmış, rəqəmsal savadlılığı yetərli olmayan, adına onlayn kredit götürülmüş vətəndaşları “təhlükəsizlik sizin öhdəliyinizdədir”, “özünüz kodu təsdiqləmisiniz” deyə başdan eləməli deyillər.

Əgər bankların bu sahədə məsuliyyəti artırılmayacaqsa, oğurlanan və talanan vəsaitlərə görə banklar da məsuliyyət daşımayacaqsa, bu problemin həlli çox çətin olacaq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600