Aeroport yolunda qarla bağlı tədbir görülür

media-hightechnic-468x90

Aeroport yolunda sürücülərin təhlükəsiz hərəkətini təmin etmək üçün tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, bu məqsədlə yol qardan təmizlənir və hərəkətin tənzimlənməsi üçün əraziyə yol polisi əməkdaşları cəlb olunub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar və sürücüləri yollardakı vəziyyətlə bağlı mütəmadi məlumatlandırma təmin ediləcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa