Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.
Yenicag.az xəbər verir ki, keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:
1. Azərbaycan yığma komandalarının baş məşqçisi vəzifəsinə təyinatlar təsdiq olunsun:
– U-21 və U-20 – Rəşad Sadıqov
– U-19 – Vüqar Məmməd
– U-18 – Zaur Həşimov
– U-17 – Ramin Quliyev
2. FIFA-nın göstərdiyi maliyyə yardımı hesabına Sumqayıt şəhər stadionunun ərazisində 2 ədəd, Bakı Olimpiya Stadionunun ərazisində 1 ədəd təbii ot örtüklü standart ölçülü meydan salınsın;
3. Nailə Rüstəm-zadə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sədri təyin olunsun;
İclasda həmçinin “Futbol oyunlarının nəticəsinin manipulyasiyası faktları” və “Region Liqası” turniri ilə bağlı xüsusi təqdimatın müşayiəti ilə məlumat verilib.
www.yenicag.az