AFFA “Qarabağ”ı CƏRİMƏLƏDİ

media-hightechnic-468x90

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Yenicag.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 7-ci turunda “Qəbələ” – “Qarabağ” oyununda Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun qırmızı vərəqə alması ilə bağlı da qərar verilib.

Sözügedən görüşün 89-cu dəqiqəsində Qurban Qurbanov 2-ci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyunluq cəzalanıb, “Qarabağ” 1000 manat cərimə edilib.

“Qarabağ” klubunun 81 nömrəli futbolçusu Kevin Medina isə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Qarabağ” 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600