!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Afiyəddin Cəlilovun qeyri-etik videolar çəkən nəvəsi xəstəxanadan NİYƏ BURAXILIB?

!Reklam – Yazi

Afiyəddin Cəlilovun sosial şəbəkələrdə çəkdiyi qeyri-etik videolarla gündəmə gələn nəvəsi yenidən müzakirə mövzusu olub. Əli-Afiyəddin Türkiyədə eyni hərəkətləri təkrarlayaraq ətrafındakı insanları narahat edib.

O, son dəfə Azərbaycanda yaşlı qadını qucağına alıb silkələyərək buraxdığını əks etdirən video paylaşandan sonra izləyicilər tərəfindən tənqid edildiyi üçün Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi. Lakin bir müddət sonra başqa ölkədə eyni hərəkətləri təkrarladığına şahid olduq.

Bəs maraqlıdır, Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan buraxılmasına səbəb nə olub?

Oxu.Az məsələ ilə bağlı Respublika Psixiatriya Xəstəxanasına sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, qeyd edilən şəxs xəstəxanaya cari ilin fevral ayının 1-də yerləşdirilib:

“12 günlük müalicədən sonra vəziyyəti yaxşılaşdığı üçün valideynlərinin ərizəsi ilə evə yazılıb”.

Qeyd edək ki, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsi, 2009-cu il təvəllüdlü Əli-Afiyəddin məktəblidir. O, metroda, avtobusda, küçədə, liftdə qeyri-adekvat hərəkətlər edərək videolarını paylaşıb.

COP29

www.yenicag.az

138
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv