Ağ Evə yeni mətbuat katibi təyin edildi

media-hightechnic-468x90

ABŞ-ın birinci xanımı Melanya Trampın mətbuat katibi Stefani Qrişem Ağ Evin sözçüsü olacaq.

Yenicag.az xəbər verir ki, bu barədə öz “Twitter” səhifəsində Melanya Tramp yazıb.

M. Tramp deyib: “Stefani Qrişemin növbəti mətbuat katibi və xarici əlaqələrin direktoru (Ağ Ev) olacağını elan etməkdən məmnunam. O, 2015-ci ilin sentyabrından bizimlə idi. Prezident və mən administrasiyanın və ölkənin xidmətində daha uyğun bir insan təsəvvür edə bilmərik”.

Qrişem sözügedən vəzifədə iyunun əvvəlində istefa verdiyini bəyan edən Sara Sandersi əvəz edəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600