Ötən gün Ağcabədi rayonunda baş vermiş yol qəzasında xəsarət almış sürücü bu gün xəstəxanada dünyasını dəyişib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun rayonun Xocavənd kəndindən keçən ərazisində qeydə alınıb.
“Hyundai” markalı minik avtomobili ilə “Ford” markalı avtomobilin toqquşması nəticəsində hər iki avtomobilin sürücüsü – Fariz Musayev və Təyyar Bəşirov, habelə sərnişin Məhəmməd Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Ağır kəllə-beyin travması alan T.Bəşirov Reanimasiya şöbəsinə yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb “Hyundai” markalı avtomobilin qarşı tərəfin hərəkət zolağına çıxması olub.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az