Ağır itkidən sarsılan Seyidcahan: “O cənnət mələyi idi, uçub getdi”

media-hightechnic-468x90

Əməkdar artist Elza Seyidcahan müəllimi olan xalq artisti, dünyaşöhrətli bəstəkar Arif Məlikovun ölüm xəbərindən sarsılıb.

Yenicag.az-a açıqlama verən sənətçi ustadını “cənnət mələyi” adlandırıb:

“Arif müəllim cənnət mələyi idi, uçub getdi. O, əsl şəxsiyyət, mərd insan, dahi bəstəkar idi. Son günlərində xəstəliklə mübarizə apardı. Amma istəmədi ki, bunu insanlar bilsin. Heç tələbələrinin də onu yataqda görməsini istəmirdi. Zəng edib hal-əhvalını soruşanda bəzən telefona cavab vermirdi, bəzən də deyirdi, istəmirəm məni xəstə halımda görəsiniz. Doğum günündə yanına getdim, tort apardım, tortun şamlarını üfürdü. Müəllimimin ölümü məni çox sarsıtdı. Acı xəbəri hələ də qəbul edə bilmirəm”.

Qeyd edək ki, mərhum bəstəkar Arif Məlikov bu gün I Fəxri Xiyabanda dəfn olunacaq.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600