Ağır yol qəzası – Ölən var

Paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata əsasən, yanvarın 15-də saat 19 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Namiq Məmmədov idarə etdiyi “Moskviç” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Bildirilir ki, sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.