Ağsuda dağlıq ərazidə yanğın başladı - VİDEO

media-hightechnic-468x90

Ağsu rayonu, Keçdiməz kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

media-banner_tkm

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, ərazinin çətin keçidli olması yanğınsöndürmə texnikalarının hərəkətinə maneə yaratdığından nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğınsöndürmə işləri əsasən əl ilə söndürmə üsulu ilə həyata keçirilir.

Qeyd edək ki, havanın küləkli və qaranlıq olmasına baxmayaraq yanğının geniş ərazilərə yayılmasının qarşısının alınması və tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05