“Aİ terrora sponsorluq edir” – Zaxarova

media-hightechnic-468x90

Avropa İttifaqı Kiyev rejimini maliyyələşdirməyə davam etməklə beynəlxalq terrorizmi himayə edir. 

Yenicag.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlərə açıqlayıb.

“Aİ hər gün yalnız bir məsələ ilə məşğuldur: Kiyev rejiminə necə daha çox pul yatırmaq olar. Bu, onların dili ilə desək, terrorizmə sponsorluqdur. Şəxsi deyil, beynəlxalq terrorizmə dövlət sponsorluğudur. Onların etdikləri budur.

Qərbin pulu ilə yaradılmış Kiyev rejimi adlı bütöv, çoxşaxəli beynəlxalq struktur həm öz ərazilərinin mülki əhalisinə, həm də öz ərazisi hesab etmədikləri, lakin mülki olduğunu başa düşdüyü Rusiya Federasiyası vətəndaşlarına qarşı terror aktları həyata keçirir”, – diplomat deyib.

Zaxarovanın sözlərinə görə, Kiyev bu məntiqi digər qitələrə ixrac etməyə çalışır./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa