!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ailədə xəyanət: Hansı səbəblərdən yaranır? – Qadın və kişi fərqləri

!Reklam – Yazi

 

“Qadın ailəni qorumaq üçün bir çox güzəştə getməyə çalışır, lakin sevgi, qayğı kimi tələbatları ödənilmədikdə xəyanət edir, bu isə daha dəhşətlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında kişi və qadın xəyanətləri arasında olan fərqliliklər barədə danışan psixoloq İlhamə Mustafayeva deyib.

Onun sözlərinə görə, xəyanət istər-istəməz ailədəki sevgi ittifaqını sarsıdır, güvən hissini azaldır:

“Ümumiyyətlə, sevgi müqəddəs bir hissdir. Yaxşı olar ki, cütlüklər bir-birilərinə xəyanət etməsin. Çünki xəyanət istər-istəməz ailədəki sevgi ittifaqını sarsıdır, güvən hissini azaldır. Çünki bir insan digər insanla yola çıxanda ona güvənərək yola çıxır. Bütün bu güvən hissi onun sonrakı bütün münasibətlərinə də təsir göstərir. Bütün bu münasibətlər güvən əsasında yaranır. Buna görə də xəyanət cütlüklər arasında ciddi problemlərə yol aça bilir. Təcrübə göstərir ki, xəyanətə uğramış insanlar hətta intihara qədər gedib çıxa bilir”.

O qeyd edib ki, insanlar müxtəlif səbəblərdən bir-birinə xəyanət edə bilirlər.

“Təbii ki, bu daha çox emosional, fizioloji tərəfdən olan tələbatların ödənilməsinə görə baş verir. Yaxud da çox təəssüf ki, hazırda gündəmdə ən çox olan maddi tələbatların ödənilməsi zəminində də xəyanətlər artıq görünməyə başlayır. Lakin ən başlıca səbəb istər kişilərdə, istərsə də qadınlarda sevgi, qayğı, hörmət kimi tələbatların ödənilməməsindən qaynaqlanır”, – deyə o əlavə edib.

İ.Mustafayeva qeyd edib ki, xəyanətin cinslər arasında da fərqi var.

“Kişi ilə qadın arasında olan xəyanətin fərqi bundan ibarətdir ki, kişilər xəyanət edəndə daha çox fizioloji olaraq bunu edir, çünki kişinin təbiəti, fizioloji strukturu bu cür qurulub. Kişi fizioloji tələbatlarının ödənilməsi yönündə xəyanətə daha çox meyllidir.

Qadın isə xəyanət edən zaman daha çox emossional olaraq bunu edir. Qadında artıq bağlılıq yaranır. Bir qadının kimisə sevməsi, kiməsə bağlanması fizioloji tələbatın ödənilməsindən dolayı çox nadir hallarda ola bilər. Qadının təbiəti belə qurulub ki, o qayğıya, diqqətə olan tələbatlarını ödəmək üçün xəyanət edə bilər. Ona görə də qadın xəyanəti daha ağırdır. Qadın xəyanət edirsə, ailədə artıq təhlükə siqnalıdır. Bu ailənin dağılmasına gətirib çıxara, münasibətlərin tamamilə məhv olmasına səbəb ola bilər. Çünki qadın bu xəyanəti birdən-birə etmir. Qadın ailəni qorumaq üçün müəyyən bir çox güzəştə getməyə çalışır, lakin sevgi, qayğı kimi tələbatları ödənilmədikdə xəyanət edir, bu isə daha dəhşətlidir. Bəzi psixoloqlar da qeyd edir ki, bəzən xəyanət münasibətləri yoxlamaq, onun nə dərəcədə həqiqiliyini yoxlamaq üçün də bir vasitədir ki, bunu bir-birini sevən, bir-birinə qəlbən bağlı insanlar hər hansı bir xəyanətdən dolayı da ayrılmır deyə belə qənaətə gəliblər”.

Psixoloq əlavə edib ki, cəmiyyətdə qadınların kişilərin xəyanətinə dözməsi kimi kodlamalar var ki, kişi xəyanət edə bilər, qadın isə dözməlidir:

“Bu da bizim cəmiyyətimizdə qadına qarşı olan müstəmləkə münasibətdən irəli gəlir ki, “qadını alıb, sahiblənmişəm”, “mənə məxsusdur” kimi ifadələr xoş səslənməsə də sanki “qadın mənim əşyamdır”, “mənə xidmət etməlidir”, “mən kişiyəm, xəyanət edə bilərəm, çünki mən ona maddi cəhətdən təmin edirəm” kimi kodlamalarımız var. Buna görə qadınlar uzun müddət dözüblər və bunu qəbul etməsələr belə, norma kimi qəbul etmişdilər. Amma bu gün kişilərlə yanaşı, qadın xəyanətlərini də görürük, bunun da səbəbi qadın artıq özü də evə qazanc gətirə bilir, kişinin tabeliyində deyil, öz-özünü təmin edə, uşaqlarını maddi cəhətdən təmin edə bildiyinə görə də artıq bütün bu xəyanətlərə dözməyərək azad olmaq istəyir. Özgüvənini bərpa etmək üçün evliliklərinə son qoyan qadınlar da var”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

183
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv