“Air Astana” Almatıdan Bakıya reysi təxirə saldı

media-hightechnic-468x90

Qazaxıstanın “Air Astana” aviaşirkəti Almatı-Bakı-Almatı marşrutu ilə yanvarın 6-a planlaşdırılmış reysi təxirə salıb.

Bu barədə Yenicag.az-a Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

“Bugünədək avaişirkət hələlik bir reys təxirə salıb. Digər tarixlərdə reyslərin ləğvi ilə bağlı məlumatlar dəqiqləşdirilir”, – deyə hava limanından bildiriblər.

Qeyd edək ki, Almatı-Bakı reysi saat 13:05-də eniş etməli, 14:05-də əks istiqamətdə uçuş həyata keçirməli idi.

Xatırladaq ki, Qazaxıstanda baş vermiş hadisələrlə əlaqədar Almatı, Aktau və Aktobe hava limanları bağlanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600